Əsas məzmuna keç

Putinin “İsgəndər-M” raketi Ukraynada fərdi evə düşdü: ölənlər və yaralananlar var

Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub. Tezadlar.az  xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul “Telegram”da məlumat yayıb. Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti ərazisindən atılmış “İsgəndər-M” ballistik raketi Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb. Zərbə nəticəsində altı nəfər – dörd böyük, 5 və 12 yaşlı iki uşaq (qızlar – red.) həlak olub. Daha səkkiz nəfər yaralanıb, onların arasında iki uşaq – 6 və 15 yaşlı oğlanlar var. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, rəsmi Moskva bunun cavabını elə bu gecə beşqat alacaq…

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…