Putinin “Limuzin”i dronla vurulub?- MOSKVANIN MƏRKƏZİNDƏ PARTLAYIŞ

Oxunma sayı: 260

Ötən gecə Rusiyaya məxsus PUA- lar Ukraynnaın bızi şəhərlərini, o cümlədən Kiyevi, Xarkov və digər iri şəhərləri hədəfə alıb. Ölən və yaralananların olması barədə Ukrayna mediası da məlumat yayıb.

Lakin Ukrayna dronları da “sakit dayanmayıb” və Rusiyaya məxsus hədəflərə ciddi zərbələr endirilib.

Ən maraqlısı, ötən gecə Putinə məxsus kartejin “Limuzin”i partladılıb. Tezadlar.az xatırladır ki, Rusiya mediası bu hadisəni avtomobilin “motor”unda baş vermiş nasazlıqla əlaqələndirsə də, sosial şəbəkələrdə yayılmış videokadrlar təsdiqləyir ki, baş verən yanğın partlayışların nəticəsi kimidir.

Elə Rusiyaya məxsus Teleqram kanalındakı istifadəçilərin yayımladıqları kadrlar da bunu sübut edir. Təqdim edilən fotokadr “Limuzin”in dron- kamikadzenin sayəsində partladıldığına sübutdur…

A.Məmmədli

Xəbəri paylaş

24 May