Qadında fərasətə bax: 42 min manatı belə ələ keçirdi

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 33 yaşlı Fidan Məmmədova saxlanılıb. O, 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq ümumilikdə 42 min manata yaxın pul ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
F.Məmmədovanın oxşar əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə polisə məlumat vermələri xahiş olunur. Dövlət qurumlarında işə qəbul yalnız qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
DAxili İşlər Nazirliyi isə vətəndaşkara müraciət edir: “Heç kimə bu məqsədlə pul verməyin, şübhəli şəxslərin vədlərinə aldanmayın. Belə hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət edin. Etibarınızı sui-istifadə edənlərə şans verməyin!”.
Amma neyləyəsən ki, bəzən vətəndaş dələduza deyil, dələduz vətəndaşa tuş gəlir… Sonrası da bəlli…
Xəbəri paylaş

20 İyul