Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ ilə münaqişədən sonra Hörmüz boğazının idarə olunmasının əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.
Tezadlar.az bu barədə IRNA xəbər agentliyinəistinadən xəbər verir.
Parlament sədrinin sözlərinə görə, İran strateji əhəmiyyətli dəniz yolu üzərində nəzarəti saxlayacaq və onu beynəlxalq hüquq çərçivəsində həyata keçirəcək.
Qalibaf boğazın münaqişədən əvvəlki idarə olunmasının keçmişdə qaldığını vurğulayıb. O, beynəlxalq gəmiçilikdə bütün iştirakçıların baş verən dəyişiklikləri nəzərə almalı olduğunu bildirib.
Bundan əlavə, İran Parlamentinin sədri Tehranın Hörmüz boğazından gəmilərin keçməsi ilə bağlı rabitə kanalının yaradılmasına razılıq verdiyini açıqlayıb.
Açıqlamada qarşılıqlı əlaqə mexanizmi və ya gəmiçiliyin təşkilində mümkün dəyişikliklər barədə əlavə məlumat verilməyib.
E.ŞİRİNOV