31 Mart 2026 / 09:29

Qalibaf: İranın düşmənləri istəklərini xəbərlərdə ortaya qoyurlar

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf beynəlxalq mətbuatda gedən xəbərlərlə bağlı deyib: “İranın düşmənləri istəklərini xəbərlərdə ortaya qoyurlar”.

Tezadlar.az xəbər verir ki, Qalibaf bu açıqlamaları X sosial media platformasında edib.

“İranın düşmənləri istəklərini xəbərlərdə ortaya qoyurlar və İran xalqını təhdid etməkdə də səhv edirlər”, – deyə Qalibaf əlavə edib: “Bir nəfəri vursanız, bir neçə dəfə vurulacaqsınız”.

Qalibaf həmçinin bildirib ki, “İran xalqı düşmənlərini peşman edəcək və onların hüquqlarını əldə edəcək”.

E.ŞİRİNOV   

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!