Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qanalı şaman Nana Kvaku Bonsam Harri Keynin İngiltərə ilə oyunda oynamasının qarşısını almaq üçün tilsim tətbiq etdiyini iddia edərək yenidən xəbər başlıqlarına çıxıb.
Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, özünü “Çərşənbə axşamının şeytanı” kimi təqdim edən qanalı sehrbaz İngiltərə ilə oyundan əvvəl verdiyi açıqlamalarla yenidən diqqət çəkib.
Əvvəllər 2014-cü il Dünya çempionatı zamanı Kriştiano Ronaldonun diz zədəsində rol oynadığını iddia edən Bonsam indi hədəfinin İngiltərə millisinin ulduz hücumçusu Harri Keyn olduğunu bildirib.
“Onun ciddi zədə almasini arzu etmirəm, amma…”
Qana və İngiltərə arasında keçiriləcək həlledici oyundan əvvəl “Daily Star”a danışan şaman deyib: “Harri Keyn üzərində işləyirəm. Əvvəllər nə edə biləcəyimi göstərmişəm, ona görə də onu dayandırmaq üçün nə etməli olduğumu bilirəm. Ona ciddi zədə arzulamıram. Onu ölkəmə qarşı dayandırmaq kifayət edəcək”, beləliklə, tilsim atdığını bildirib.
Bonsam güclərini “Kofi Oo Kofi” məbədindən aldığını iddia edir və mənəvi şəfa, qorunma və müxtəlif rituallar baxımından “Afrikanın yeganə əsl kişisi” olduğunu iddia edir. Ronaldo haqqında 2014-cü ildəki iddiasına istinad edən qanalı sehrbaz tanrılarından aldığı xüsusi tozu müxtəlif bitkilərlə qarışdırdığını və portuqaliyalı ulduzun fiquru üzərində rituallar yerinə yetirdiyini bildirib. O, dörd itdən istifadə edərək “Kahwiri Kapam” adlı xüsusi mənəvi qarışıq hazırladığını da iddia edib.
Ronaldonun zədələrinin tibbi üsullarla izah edilə bilməyəcəyini iddia edən Bonsam iddiasını “Bu gün dizində, sabah qasıq nahiyəsində problem var. Bu, tamamilə mənəvi müdaxilənin nəticəsidir” sözləri ilə ifadə edib.