Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

8 maydan etibarən ABŞ Dövlət Departamenti uşaqların təmin edilməsi üçün aliment borcu olan valideynlərin ABŞ pasportlarını avtomatik olaraq ləğv edəcək.
Associated Press-in məlumatına görə, bu borclar 100.000 dollar və ya daha çox olanlardır.
İlk mərhələdə tədbir 2700 nəfərə təsir edəcək,
Qeyd edək ki, ABŞ vətəndaşları pasportlarından beynəlxalq səyahətlər üçün istifadə edirlər. Əvvəllər pasportlar 2500 dollarlıq aliment borcu səbəbindən ləğv edilirdi. Lakin qanun yalnız pasportun yenilənməsi üçün müraciət edənlərə şamil edildiyi üçün təsirsiz hesab edildi.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi hazırda aliment borcu 2500 dollardan çox olan pasport sahiblərinin dəqiq sayını müəyyən etmək üçün dövlət qurumlarından məlumat toplayır.
Məlumata görə, 1998-ci ildən bəri ABŞ-da təxminən 657 milyon dollarlıq borc yığılıb, o cümlədən son 5 ildə 24.000 nəfərdən 156 milyon dollardan çox borc yığılıb…
Bəli, ABŞ milyonlarla aliment borcunu ödətrdirmək üçün sonda məhz bu yola baş vurası olub. Görünür, ölkədə borcu olan valideynlərin həbs edilməsi heç bir nəticə yarada bilməz…
Y.Məmmədli