Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı həmin şəxslərin Salyan rayonu Məzrəli kənd sakinləri Vəkil Xəlilov, Səydam Şirəliyev, Salyan rayon sakini Mehman Ağayev, Göyçay rayon sakinləri İkram Şükürov, Coşqun Həşimov və Ramil Quliyev olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı maddi sübut kimi götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və 6000 manat məbləğində cərimə tətbiq olunub.