Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dağlıq Qarabağ, yoxsa Qarabağ?
İndi kimsə Dağlıq Qarabağ yazsa aləm qarışacaq bir-birinə. Amma bizim qanunvericiliyə görə hələ ərazilərimizin 20%-i işğal altındadır və işğal olunmuş ərazinin adı da belə gedir – ” Dağlıq Qarabağ və ətraf rayonlar”.
Tezadlar.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib.
“Cəmi bir misal:
Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalarla bağlı qəbul olunmuş ratifikasiyaya dair bütün qanunların qeyd-şərt hissəsində göstərilir ki, “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın (protokolun və s.) müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)”.
Bu qanunların hamısı qüvvədədir və bütün beynəlxalq təşkilatların veb səhifələrində belə də qalır. Depozatara (məsələn BMT Baş Katibinə) təqdim etdiyimiz ratifikasiya sənədində də belə qalır.
Halbuki ölkədə Xarici siyasətlə məğul olan qurum ərazilər işğaldan azad olan kimi Milli Məclisə qanunvericilik təşəbbüsü subyekti vasitəsi ilə layihə təqdim etməli idi. Etməyiblər, heç etmək fikirləri də yoxdur. Çünki onlara dəfələrlə bununla bağlı sənədlər təqdim olunub. Bu qanunların qüvvədə qalmasının mənfi nəticələrinə dair bir misal.
BMT-nin İşgəncələr Əleyihə Komitəyə bizim QHT Ermənistanın 5-ci dövrü hesabatına alternativ hesabat vermişdi. Biz də gedib komitə üzvləri üçün brifiq keçirdik, bəyanat verdik, komitə üzvləri ilə formal və qeyri-formal görüşlər keçirdik və nail olduq ki, Komitə Yekun qərarında (Concluding observations) Ermənistanı tələblər irəli sürsün. Sənədin bir fəslinin adı “Nagorno-Karabakh conflic” gedir. Həmin fəsildə əsir və girovlara işgəncə verilməsi, əsrlərin başılarının kəsilməsi, girov götürərək işgəncələ altında qətlə yetirilənlərlə bağlı dərhal təhqiqat aparılması, günakarların cəzaladırılması, qurbanların ailələrinə kompensasiya verilməsinə dair təlblər əks olunub.
Biz əlaqələrimizdən istifadə edib fəsilin adının niyə “Nagorno-Karabakh conflic” olmasını sorğuladıq. Cavab belə oldu ki, BMT-yə Azərbaycan tərəfindən təqdim olunan rəsmi sənədlərdə ad belədir.