Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Avropa Azərbaycan Məktəbində futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, “Qarabağ” klubunun əfsanəvi futbolçularından biri olan Qara Qarayevin həyat və karyerasına həsr olunmuş “Qara Qarayev” kitabının təqdimat mərasimi və imza günü baş tutub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı Qara Qarayev və digər rəsmi şəxslər, habelə gənc idmansevərlər iştirak ediblər.
Görüş zamanı vurğulanıb ki, bu nəşr gənc idmançılar üçün motivasiya mənbəyi olmaqla yanaşı, Azərbaycan futbolunun son onillikdəki mühüm dövrlərini sənədləşdirir. Təqdimatın sonunda Qara Qarayev pərəstişkarları üçün kitablarını imzalayıb və onlarla xatirə şəkli çəkdirib.
Səbinə Bağırova




