“Qarabağ” bu gün “Səbail”lə qarşılaşacaq

Oxunma sayı: 217

Bu gün Misli Premyer Liqasının XXX turunun açılış oyununda “Qarabağ” “Səbail”lə meydanda olacaq.  Tezadlar.az CBC-Sport-a istinadla xəbər verir ki, bu gün “ASCO Arena”da keçiriləcək matçı Tural Qurbanov idarə edəcək. Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. Cari mövsümün başa çatmasına 7 tur qalmış Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 20 xala malik “Səbail” isə sonuncu – onuncudur.

Misli Premyer Liqası

IV dövrə, XXX tur

11 aprel

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”

Qeyd edək ki, XXX turun görüşlərinə aprelin 13-də yekun vurulacaq.

Xəbəri paylaş

18 Aprel