Əsas məzmuna keç

“Qarabağ” Mateuş Koxalski üçün 7 milyon avro tələb edir

Avropanın nəhəng klublarının transfer siyahısında olan “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin qiyməti bəlli olub.

Tezadlar.az xəbər verir ki, Ağdam təmsilçisi 25 yaşlı polşalı qolkiperini transfer etmək istəyən klubdan yeddi milyon avro tələb edəcək.

Qeyd edək ki, Koxalski 2024-cü ilin yay transfer pəncərəsində “Qarabağ”a qoşulub. O, bu mövsüm 15 oyuna çıxıb və beş dəfə qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Polşa mətbuatında yayılan məlumata görə, “Borrusiya Dortmund” və “Napoli” klubları Mateuş Koxalskini transfer etmək üçün təklif göndərməyə hazırlaşırlar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…