Bakı Ali Neft Məktəbinin məzunu İnsafəli Səmədov Qarabağ Universitetində vəzifəyə təyin olunub.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Məzunumuz rektor Şahin Bayramovun müvafiq əmri ilə Qarabağ Universitetinin “Beynəlxalq əməkdaşlıq və layihələrlə iş” şöbəsinə müdir təyin edilib.
İnsafəli 2012-ci ildə 619 balla Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına daxil olub.
Məzun olduqdan sonra təhsil idarəçiliyi, biznes təlimçiliyi, beynəlxalq layihələr, konsaltinq və digər sahələrdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, 4-cü “Yüksəliş” müsabiqəsinin qalibidir.
Mentorları elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov və Milli Məclisin deputatı Şahin Seyidzadədir.
Təbrik edir, uğurlar arzulayıram!”, – deyə rektor qeyd edib.
JASMİN







