Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” qarşılaşmasında Ağdam təmsilçisi gözlənilməz itki ilə üzləşib.
Oyunun gedişatında “Qarabağ”ın ispan futbolçusu Joni Montiel rəqib oyunçu Emil Səfərovun topa müdaxiləsi zamanı ayağından zədə alıb. Zədə səbəbindən futbolçu oyunu davam etdirə bilməyib. Baş məşqçi Qurban Qurbanov məcburi dəyişikliyə əl ataraq, 41-ci dəqiqədə Montieli Musa Qurbanlı ilə əvəzləməli olub.
Meydanı tərk edərkən ispan yarımmüdafiəçinin olduqca əsəbi olduğu müşahidə edilib. Zədələndiyi üçün məyusluğunu gizlədə bilməyən Montiel, meydanı tərk edərkən butsunu yerə çırparaq etirazını bildirib.
Qeyd edək ki, futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra bəlli olacaq.
Səbinə Bağırova