Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Azərbaycanın qüruru “Qarabağ” Futbol Klubu azarkeşlərini sevindirəcək növbəti möhtəşəm kampaniyaya start verib. Klubun sosial media hesablarından edilən rəsmi müraciətə əsasən, komandanın formasını geyinərək stadiona gələn hər bir azarkeş oyunu ödənişsiz izləmək şansı qazanacaq.
Kampaniyadan yararlanmaq istəyən azarkeşlər 16, 17 və 18 aprel tarixlərində biletlərini aşağıdakı ünvanlardan təmin edə bilərlər:
Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları;
“Park Bulvar” AVM-in 2-ci mərtəbəsində yerləşən klubun rəsmi fan-şopu (Fan-Shop).
Klub hələ də forması olmayan azarkeşləri də unutmayıb. Belə ki, fan-şopdan və ya qarabağ.shop saytı üzərindən forma alanlara 10% endirim tətbiq olunur və əlavə olaraq şərf hədiyyə edilir. Onlayn alış-veriş zamanı “BİZBİRİK10” promo kodundan istifadə etməklə endirimdən yararlanmaq mümkündür.
Xatırladaq ki, kampaniya çərçivəsində biletlər ödənişsiz olsa da, stadiona biletsiz giriş mümkün deyil. Bu səbəbdən azarkeşlərin qeyd olunan tarixlərdə biletlərini əvvəlcədən götürmələri xahiş olunur.
Oyun 18 aprel Tofiq Bəhramov adına Respublika Stadionunda saat 19:30 da baş tutacaq.
“Formanı geyin, gəl – komandana tribunadan dəstək ol!” şüarı ilə bütün futbolsevərlər stadiona dəvət olunur.
Səbinə Bağırova