3 May 2026 / 16:29

“Qarabağ”dan tarixi uğur: “Köhlən atlar”ın Premyer Liqa xallarının sayı 700-ə çatdı

“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vurub.

Tezadlar.az xəbər verir ki, yubiley topuna Musa Qurbanlı imza atıb. O, Misli Premyer Liqasının XXIX turunun “Neftçi” ilə oyununda (5:1) hesabı açıb. Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu qol sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan “Qarabağ”ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.

Ağdamlıların ilk qolu 1992-ci il mövsümünə təsadüf edib. 1992-ci il mayın 9-da “Plastik”lə matçın (2:0) 55-ci dəqiqəsində Cavanşir Novruzov meydan sahiblərinin qapısına yol tapıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!