Ötən gün “Kopenhağen” futbol klubunu əliboş yola salan “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Abdullah Zubir artıq Avropa futbolunun ən məşhur futbolçuları ilə eyni sırada yer alıb.
Tezadlar.az xəbər verir ki, Zubir Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Kopenhagen”ə qarşı keçirilən oyunda da fərqlənib və unikal göstəriciyə imza atıb. Bununla da 33 yaşlı futbolçu ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran oyunçular siyahısına daxil olub.







