Vətəndaş N.Fərəcullayevin ona məxsus iribuynuzlu heyvanların sifarişlə oğurlanması ilə bağlı etdiyi müraciətin polis tərəfindən araşdırılmaması iddiaları əsassızdır.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, N.Fərəcullayev ona məxsus 5 baş iribuynuzlu heyvanın Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində oğurlanması ilə bağlı müraciətinə əsasən Qaradağ RPİ-də CM-nin 177.1-ci maddəsinə əsasən cinayət işi açılıb. Cinayət əməlindən şübhəli bilinən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində ilkin əməliyyat-axtarış tədbirləri davam etdirilib. Axtarışın effektivliyini təmin etmək məqsədilə müvafiq polis orqanlarına əməliyyat-axtarış işi ilə bağlı lazımi tapşırıqlar verilib.
Hazırda N.Fərəcullayevə məxsus 5 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri tərtib olunan plan üzrə davam etdirilir.