Əsas məzmuna keç

QAXARIA RUSIYA ILə DANışıQLARıN BAşLAMALı OLDUğUNU AçıQLADı

Bizim əvəzimizə heç kim Rusiya ilə danışmayacaq – bu addımları soyuq bir düşüncə ilə praqmatik şəkildə atmalıyıq”.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu sözləri “Gürcüstan Naminə” partiyasının lideri Giorgi Qaxaria, Rusiya ilə münasibətlər barəsində danışarkən deyib. Onun sözlərinə görə, bu nə qədər gec olsa, Gürcüstan bir o qədər çox ziyan görəcək: “Hamımız başa düşməliyik ki, düşmənlə də danışmalıyıq – bu bizim söhbətimizdir! Bizim əvəzimizə heç kim işğalçı ilə danışmayacaq – bu addımları soyuq bir düşüncə ilə praqmatik şəkildə atmalıyıq, biz bunu etməliyik! Bunu nə qədər gec etsək, bir o qədər çox ziyan görəcəyik! Bu gün bunu qəbul etməliyik ki, bunu bizdən başqa heç kim etməyəcək və təbii ki, bu beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənməlidir”, – deyə G. Qaxaria bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…