Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. Tezadlar.az xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunub.
Şəkiliyevlə bərabər, rayonun digər vəzifəli şəxsləri də saxlanılıb. Səbəb bəllidir… İcra başçıları indiyədək nə üstündə tutulurdular ki…
A.Məmmədli
P.S. Həbs edilənlər rüşvət almaqda, dövlət fondunda olan torpaqların icarə müqaviləsini artırmaq üçün fermerlərdən külli miqdarda pul toplamaqda, eləcə də mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada ittiham olunurlar. 15 ildir başçı işləyənin başı ora qədər gedib çıxmır ki, axı indiyədək 7 icra başçısı bu əməllərin qurbanı olub… İctimai fikirdə də hamə bəzən deyir ki, yuxarılar bunu görmür??? Belələrinin beddam əməlinə görə yuxarılar hədəf olur… Hazırda DTX istintaq hərəkətlərini davam etdirir.







