Əsas məzmuna keç

Qaz sızması səbəbilə 820 abonentə fasilə

Sabah Siyəzənin bir hissəsində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Tezadlar.az xəbər verir ki, buna səbəb diametri 108 millimetr olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmadır.

Belə ki, sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…