Əsas məzmuna keç

QAZAXDA DƏHŞƏTLİ AVTOQƏZA: BİR AİLƏNİN ÜÇ ÜZVÜ ÖLDÜ

Ötən gün axşam saatlarında Qaxda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, daha ikisi xəsarət alıb…

Tezadlar.az Baş Dövlət YPİ- nin məlumatına istinadla bildirir ki,  rayon ərazisində “Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır.

Qəza zamanı onların 2 azyaşlı övladı xəsarət alıb. Hadisə onlar Qaxdan yaşadıqları Cəfərabad kəndində qayıdan zaman baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

Sürücü diqqətsizliyi görün nəyə gətirib çıxardı… 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…