Əsas məzmuna keç

Qazaxıstanda Azərbaycanın Müstəqillik və Ordu Gününə həsr olunan tədbir keçirildi

astanada azerbaycanin musteqillik gunu ve silahli quvveler gunu qeyd olunub

Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov qeyd edib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.

Onun sözlərinə görə, AXC-nin cəmi 23 ay mövcud olmasına baxmayaraq, bu hadisə Azərbaycan xalqının tarixində mühüm bir səhifə olub və müasir Azərbaycan Respublikası onun qanuni varisidir.

Diplomat vurğulayıb ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ciddi çağırışlarla üzləşib. O, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edib.

A. Atamoğlanov bildirib ki, bu gün həmin siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfirin sözlərinə görə, Azərbaycan regionda sülh və təhlükəsizliyin qarantı, eləcə də qlobal enerji və nəqliyyat layihələrinin əsas iştirakçılarından biridir.

Çıxışının sonunda A. Atamoğlanov dəstəyə görə hər kəsə təşəkkür edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın