Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Aprel 2026 / 16:00

Qazaxıstanda ərzağın, xüsusilə ət məhsullarının qiymətlərinə nəzarət gücləndirildi

Qazaxıstan Respublikasında sosial əhəmiyyətli qida məhsullarının əsassız qiymət artımının qarşısını almaq üçün paytaxt da daxil olmaqla bütün bölgələrdə xüsusi monitorinq qrupları yaradılıb.

Bu barədə Qazaxıstan mediası şəhər meriyasına istinadən məlumat yayıb.

Monitorinq qrupuna ticarət departamentinin, meriyanın, dövlət gəlir qurumlarının və sanitariya-epidemioloji xidmətin nümayəndələri daxildir.

Astana İnvestisiya və Sahibkarlığın İnkişafı Departamentinin rəis müavini Maksat Janabayev  komissiya ilə birgə şəhərdəki əsas pərakəndə satış məntəqələrində qiymət vəziyyətini yoxlayıblar.

Əsas məqsəd sosial əhəmiyyətli qida məhsullarının əsassız qiymət artımının, eyni zamanda  səmərəsiz vasitəçi sxemlərinin qarşısını almaqdır.

“Bu gün regional komissiyanın üzvləri ilə birlikdə şəhərin əsas bazarlarını gəzirik. Əsas məqsəd sosial əhəmiyyətli malların qiymətlərinin monitorinqini aparmaq və vasitəçi sxemləri müəyyən etməkdir. Hazırda aydınlaşdırıcı işlər aparılır və ət məhsulları – mal əti, at əti və quzu əti üzrə qiymət nəzarəti qurulub”, – deyə Maksat Janabayev bildirib.

Qeyd edilib ki, bu cür reydlər müntəzəm olaraq keçiriləcək və Astana sakinləri üçün qida məhsullarının əlçatanlığını təmin etməyə yönəlib.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!