Əsas məzmuna keç

Qazaxıstanda müəllimlər süni intellektlə işləmək üçün təlimlərə cəlb ediliblər   

“Orleu”  Milli  Təkmilləşdirmə Mərkəzi UNESCO ilə birgə yeni təhsil proqramını təqdim edib

***

Qazaxıstanda müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş genişmiqyaslı təlim başlayıb.

Tezadlar.az   xəbər verir ki, kazpravda.kz bu barədə Qazaxıstan Respublikasının Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, yeni tədris ili ərəfəsində Qazaxıstan Respublikası Təhsil Nazirliyi yanında “Orleu” Milli Təkmilləşdirmə Mərkəzi UNESCO ilə birgə yeni təhsil proqramını təqdim edib.

Və həmin proqram beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və qazaxıstanlı müəllimlər üçün uyğunlaşdırılıb.

Təlim çərçivəsində müəllimlər aşağıdakıları mənimsəyə biləcəklər:

– süni intellekt alətlərindən praktiki və etik istifadə;

 

– göstərişlərin tərtibi üsulları;

 

– dərslərin planlaşdırılmasının əsaslarını;

 

– testlərin və tədris materiallarının hazırlanması;

 

– illüstrasiyaların yaradılması;

 

– təlimin məzmununun yenilənməsinə yanaşmalar və iştirakçıların marağının artırılması.

Qurum əlavə edib ki, proqramın əsas ideyası ondan ibarətdir ki, süni intellekt müəllimi əvəz etmir, lakin işində etibarlı köməkçiyə çevrilir.

Bunun sayəsində müəllimlər yaradıcılıq üçün daha çox imkanlar əldə edirlər.

“Orleu” Milli Təkmilləşdirmə Mərkəzinin təşkil etdiyi təlim saytda qeydiyyatdan keçdikdən sonra LMS platformasında ödənişsizdir.

Təlimlərin ilk həftəsində 100 minə yaxın insan iştirak edib, artıq onların demək olar ki, yarısı sertifikat alıb.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…