QAZAXISTANDA NOYABRDA QİYMƏTLƏR ƏVVƏLKİ AYLARDAKI QƏDƏR ARTIB

Qazaxıstan Respublikasında 2024-cü ilin noyabr ayında aylıq istehlak qiymətləri indeksi əvvəlki ayda olduğu kimi – 0,9% təşkil edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qazstat Telegram kanalı məlumat yayıb.

 

 Məlumata görə, ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,7 faiz bahalaşıb.

 Beləliklə, ərzaq məhsullarından xiyarın qiyməti 40,3 faiz, pomidor – 37,3%, şirin bibər – 15,5%, soğan – 13,9%, sarımsaq – 10,1%, kələm – 8,9 faiz, kartof – 6,2 faiz, portağal – 4,8 faiz, limon – 4,1%, günəbaxan yağı – 4% bahalaşıb.

 Lakib düyüdə 2 %, şəkərdə 1,9 %, almada 0,7 % ucuzlaşma qeydə alınıb.

 Ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində isti su tarifləri 11,4 faiz, elektrik enerjisi 3,4 faiz, zibilin daşınması 2,2 faiz, mərkəzi istilik təchizatı 2,1 faiz bahalaşıb.

 Eyni zamanda təkərlərin quraşdırılması xidmətləri 3% , hamam pulu – 2,6 faiz, bərbər və gözəllik salonlarında xidmət haqqı – 1,2 faiz bahalaşıb.

 Bu ilin noyabr ayında odunun 1,4%, kömürün 1% qiymət artımı qeydə alınıb.

 Smartfonlar 9,8% , nişan üzükləri – 6,2%, geyim və ayaqqabılar – 0,9% bahalaşıb.

 Regionlar arasında ən yüksək aylıq inflyasiya Qaraqanda vilayətində qeydə alınıb – 1,5% (respublika üzrə orta göstəricidən 0,6 faiz bəndi yuxarı), ən aşağısı Almatı şəhərində – 0,4%.

 Bölgələr üzrə ərzaq məhsullarının qiymətləri ən çox Şımkent şəhərində – 2%, qeyri-ərzaq malları – Manqistau vilayətində 2,3%, pullu xidmətlərin qiymətləri Almatı vilayətində 2,6% artıb.

 

JASMİN

Xəbəri paylaş

Xəbər lenti