Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Yay mövsümündə tətili günlərinin sayının ixtisarı qarşıdakı tədris ili üçün biliklərin bir hissəsinin itirilməsi riskini, şagirdlərin həddən artıq yorğunluğunu və xəstələnməsini azaldacaq.”
Qazaxıstan KİV-də Qazaxıstan Respublikası Təhsil Nazirliyinin “Orta təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin başlanması, müddəti və tətil dövrlərinin müəyyən edilməsi haqqında” qərar layihəsi dərc olunub.
Sənəddə orta təhsil müəssisələrində (mülkiyyət formasından və idarə tabeliyindən asılı olmayaraq) 2022-2023-cü tədris ilinin başlanması, müddəti və tətil dövrlərinin aşağıdakı tarixlərinin müəyyən edilməsi təklif edilir:
1) 2022-2023-cü tədris ilinin başlanğıcı – 1 sentyabr 2022-ci il;
2) 1-ci siniflərdə tədris ilinin müddəti – 35 tədris həftəsi, 2-11 (12) siniflərdə – 36 tədris həftəsi;
3) tədris ili ərzində tətil dövrləri:
1-11 (12) siniflərdə: payız tətili – 7 gün (31 oktyabr – 6 noyabr 2022-ci il daxil olmaqla), qış tətili – 9 gün (31 dekabr 2022-ci ildən 8 yanvar 2023-cü il daxil olmaqla), yaz tətili – 9 gün (18-dən 26 mart 2023-cü ilədək);
1-ci sinifdə: əlavə tətillər – 7 gün (2023-cü il fevralın 6-dan fevralın 12-dək).
Qeyd edilir ki, iki tədris həftəsi əlavə etməklə tədris ilinin müddətinin artırılması gündəlik dərslərin sayının ixtisarına, “çətin” mövzuların öyrənilməsinin intensivliyinin azaldılmasına, tədris prosesinin inkişafetdirici təlim prinsipləri əsasında təşkilinə imkan yaradacaq.
“ Yay mövsümündə tətili günlərinin sayının ixtisarı qarşıdakı tədris ili üçün biliklərin bir hissəsinin itirilməsi riskini, şagirdlərin həddən artıq yorğunluğunu və xəstələnməsini azaldacaq”, – deyə vurğulanır.
Bildirilir ki, qərar layihəsi avqustun 2-dək ictimai müzakirədə olacaq.
JASMİN