Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qəbələ” klubu 50 min manat mükafat əldə edəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə PFL-in prezidenti Elxan Səmədov sportnet.az-a müsahibəsində bildirib.
“AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiqliklə təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub “Qəbələ”dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri “Sumqayıt”, üçüncü yeri isə “Şamaxı” tutub.