Əsas məzmuna keç

Qəbul olunanların 39%-i qadınlardır

22 iyul-13 sentyabr tarixlərini əhatə edən 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 27021 nəfərin qəbul olunması ilə başa çatıb. 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Təzadlar”a bildirilib ki, qəbul olunan tələbələrin 84%-i dövlət sifarişi əsasında, 16%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 39%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…