Danışıqların nəticəsindən asılı olmayaraq, Alyaska sammitini Rusiya prezidenti Vladimir Putinin qələbəsi adlandırmaq olar.
Tezadlar.az xəbər verir ki, bu fikri Qərbin “Bloomberg” agentliyi bildirib.
Məqalədə deyilir: “Hətta sammit başlamamışdan və onun nəticəsindən asılı olmayaraq, Putin artıq qələbəsini elan edə bilər”.
Jurnalistlər qeyd ediblər ki, Rusiya liderinin ABŞ-a dəvət edilməsi Donald Trampın ikinci dövründə Moskva ilə Vaşinqton arasında münasibətlərin istiləşməsindən xəbər verir.
Birləşmiş Ştatlar Alyaskada Putin-Tramp görüşünün şüarı olaraq “Sülh axtarışı”nı təyin edib. Prezidentlər avqustun 15-də Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında tərcüməçilərin iştirakı ilə təkbətək formatda danışıqlar aparacaqlar. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq.
E.ŞİRİNOV







