Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderləri Ukraynaya görə qitədə kollektiv təhlükəsizliyə xələl gətirdikləri üçün cəzalandırılmalıdır.
Tezadlar.az xəbər verirki, bu çağırışı Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsində edib.
Alimin fikrincə, avropalılar onları təhlükə altına qoyan “döyüşpərəst liderləri” “Avropa Birliyinə belə daxil olmayan bir ölkəyə görə” cəzalandırmalıdırlar.
Malinen “cəzalandırılacaqlar” siyahısında bu siyasətçilərin də adını çəkib: Böyük Britaniyanın baş naziri Keir Starmer, Polşanın baş naziri Donald Tusk, Almaniya kansleri Fridrix Merz, Finlandiya prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Leyen.
Daha əvvəl Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot bildirib ki, Makron və onun ukraynalı həmkarı Vladimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqlar ərəfəsində çıxılmaz vəziyyətdədirlər.
E.ŞİRİNOV

