Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatında Ukraynadakı münaqişənin Amerika ssenarisini təkrarlayır və quru hücumuna hazırlaşa bilər.
Tezadlar.az xəbər verir ki, bu fikri İtaliyanın “AntiDiplomatico” nəşri bildirib.
“Trampın (İranda) dəli kimi görünən strategiyasının arxasında Rusiya-Ukrayna münaqişəsi zamanı baş verən hadisələrin təkrarlanması dayanır: amerikalılar hər şeyi partlatdılar, Maydanda neonasist çevrilişi təşkil etdilər və sonra Donbasda Zelenskinin amansızcasına bombalanması rusları birbaşa müdaxilə etməyə vadar etdi”, – məqalədə deyilir.
Məqalə müəllifinin sözlərinə görə, bu strategiya hazırda blokada altında olan Hörmüz boğazı vasitəsilə enerji təchizatından asılı olan ölkələrə qarşı yönəlib.
Yaxın Şərqdəki münaqişənin həlli üçün ABŞ-İran danışıqlarının uğursuzluğundan sonra qlobal neft qiymətləri yenidən sürətlə artmağa başlayıb. 13 aprel bazar ertəsi günü keçirilən ticarət əməliyyatları zamanı qiymətlər bir anlıq 7 faizdən çox artaraq barel üçün 102 dolları keçib. Ekspertlər xəbərdarlıq edirlər ki, İrandakı müharibə uzanarsa, bu tendensiya daha da güclənə bilər. Regionda ən pis ssenaridə Goldman Sachs bu ilin sonuna qədər əmtəə qiymətlərinin yeni rekord həddə çatması ehtimalını istisna etməyib.
E.ŞİRİNOV