Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 08:23

Qətər və Pakistan vasitəçiliyə nəzarət etmək üçün komitə yaradıldığını elan etdilər

İsveçrədəki danışıqlarda iştirak edən tərəflər vasitəçilik prosesinə nəzarət etmək üçün yüksək səviyyəli komitə yaratmaq barədə razılığa gəliblər.

Tezadlar.az xəbər verir ki, Qətər və Pakistan bu barədə birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: “Anlaşma memorandumuna uyğun olaraq, tərəflər vasitəçilik prosesinə siyasi nəzarəti həyata keçirmək üçün Yüksək Səviyyəli Komitə yaratmaq barədə razılığa gəliblər”.

Bir müddət əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsveçrədə Amerika tərəfi ilə çoxtərəfli danışıqlarda yaxşı irəliləyiş olduğunu qeyd etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!