14 Mart 2026 / 13:05

Qətərdə “təhlükəsizlik riski” səbəbindən bəzi ərazilər boşaldıldı

Qətər Daxili İşlər Nazirliyi müəyyən ərazilərin “ictimai təhlükəsizlik riski” səbəbindən müvəqqəti olaraq boşaldıldığını açıqladı.

Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sosial media hesabında dərc olunan yazılı açıqlamada deyilir: “Müvafiq bölmələr ictimai təhlükəsizliyi təmin etmək üçün təhlükə aradan qaldırılana qədər müəyyən əraziləri müvəqqəti və ehtiyat tədbiri olaraq təxliyə ediblər”.

Bəyanatda risk yaradan ərazilər haqqında ətraflı məlumat verilməsə də, ictimaiyyət təlimatlara əməl etməyə çağırılıb.

İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumları nəticəsində ölənlərin sayı 1348 nəfəri, yaralıların sayı isə 17 mini keçib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!