1 İyun 2026 / 14:27

Qəzzada ölənlərin sayı 72.941-ə çatıb

2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına İsrail ordusunun hücumlarında ölənlərin sayı 72.941-ə çatıb.

İsrail ordusu atəşkəsə baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirir.

Tezadlar.az xəbər verir ki, Qəzzadakı Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri davam edən İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 2 ölü və 40 yaralı gətirilib.

Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrailin Qəzzaya hücumlarında 932 nəfər həlak olub, 2.859 nəfər yaralanıb və dağıntılar altından 781 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.941-ə çatıb, 172.967 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!