Əsas məzmuna keç

QHT-lər üçün yeni müsabiqə: Agentlik və Qarabağ Dirçəliş Fondu birgə elan edəcək

Yaxın günlərdə ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək.

“Təzadlar” xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib.

Müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.

O, deyib ki, müsabiqədə spesifik istiqamətdə – minadan zərərçəkən minatəmizləyənlərin mina və PHS (partlamamış hərbi sursatlar) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb edilməsinə dair layihələr qəbul ediləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…