Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın tanınmış qiraətçisi, Əməkdar artist Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub. Tezadlar.az xatırladır ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib. Məlumata görə, Nadir Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobildə qəflətən vəfat edib. İlkin ehtimala görə o, ürək tutması nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. Nəticədə dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Təəssüflər!