Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya bazarında qızılın qiyməti yenidən rekord həddə yüksəlib. “Comex” birjasında 2026-cı ilin iyun ayı üzrə qızıl füçerslərinin dəyəri uzun fasilədən sonra ilk dəfə 1 Trua unsiyası üçün 4 750 dolları keçib.
Tezadlar.az xəbər verir ki, qızılın qiyməti gün ərzində 1 faizdən çox bahalaşaraq 4 759 dollara qədər yüksəlib.
Analitiklər qiymət artımını qlobal iqtisadi qeyri-müəyyənlik və investorların təhlükəsiz aktivlərə marağının artması ilə əlaqələndirirlər.