Əsas məzmuna keç

Qrenlandiya ABŞ ilə dialoqda qırmızı xətləri müəyyənləşdirir

Baş nazir Nilsen: Qrenlandiyanın keçilə bilməyən qırmızı xətləri var

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, demokratik dəyərlər və ərazi bütövlüyü ABŞ ilə danışıqların əsasını təşkil edir.

Tezadlar.az xəbər verir ki, onun sözləri “Politico” tərəfindən dərc edilib.

“Keçə bilməyəcəyimiz qırmızı xətlərimiz var, amma Qrenlandiyanın nöqteyi-nəzərindən bir növ razılığa gəlməyə çalışacağıq”, – siyasətçi qeyd edib.

O, həmçinin qeyd edib ki, Qrenlandiya hakimiyyəti ABŞ ilə danışıqlar zamanı ciddi təzyiq hiss edir.

“Təsəvvür edin ki, sülh içində yaşayırsınız, sadiq tərəfdaşsınız, ittifaqa sadiqsiniz… Və sonra bəzi tərəfdaşlarınız ələ keçirmək, əldə etmək barədə danışmağa başlayır və silah istifadəsini istisna etmirlər”, – deyə o vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentində çıxış edərkən ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya iddialarını əsaslandırmağa çalışıb.

“Arktika getdikcə daha vacib bir məsələyə çevrilir və yeri gəlmişkən, prezident Tramp, mən də indi onu müdafiə edəcəyəm, sadəcə sizi bir az qıcıqlandırmaq üçün. O, müəyyən dərəcədə qorunmağa layiqdir”, – deyə o bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…