Əsas məzmuna keç

QURBAN KƏSİMİ İYUNUN 16-DAN BAŞLANIR – QMİ FƏTVA VERİB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası qurban bayramı ilə bağlı fətva verib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə  QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2024-cü il 27 may tarixli 32/105 saylı məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər. 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…