Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 Aprel 2026 / 14:14

Qurban Qurbanov həmin futbolçunu əsas heyətdən uzaqlaşdırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçisi Abbas Hüseynovu əsas komandadan kənarlaşdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, baş məşqçinin bu qərarı verməsinə səbəb oyunçunun nizam-intizam qaydalarını pozması olub. Buna görə də 30 yaşlı müdafiəçi əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, bu, klubda baş verən ilk belə hal deyil. Bir müddət öncə digər futbolçu Sami Mmae də eyni səbəbdən – nizam-intizam qaydalarını pozduğuna görə analoji cəza ilə üzləşmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!