Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın əsas heyətindən kənarlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov klubun aşağı yaş qruplarının oyununu izləyiblər.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əsas komandadan uzaqlaşdırılan müdafiəçilər bu günü futboldan kənarda keçirməyiblər. Belə ki, hər iki futbolçu “Qarabağ” akademiyasının aşağı yaş qruplarından ibarət komandalarının oyununu tribunadan izləyərkən kameralara tuş gəliblər.
Xatırladaq ki, hər iki futbolçu son vaxtlar nümayiş etdirdikləri oyun və ya intizam qaydaları ilə bağlı baş məşqçinin qərarı ilə əsas heyətdən uzaqlaşdırılıblar. Onların nə vaxt əsas komandaya qayıdacağı hələlik dəqiq məlum deyil.
Abbas Hüseynov baş məşqçi Qurban Qurbanovun qardaşı, tanınmış mütəxəssis Musa Qurbanovun kürəkənidir. Buna baxmayaraq, baş məşqçinin intizam məsələlərində komanda daxilində prinsipial mövqe nümayiş etdirdiyi görünür.
Səbinə Bağırova
