23 İyun 2026 / 20:14

Qurbanzadə: İran ABŞ məhsullarını almaq məcburiyyətində deyil

İran danışıqlar nümayəndə heyətinin üzvü Hüseyn Qurbanzadə ölkəsinin dondurulmuş aktivlərin sərbəst buraxılmasından sonra ABŞ məhsullarını almaq məcburiyyətində olmadığını bildirib.

Tezadlar.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Qurbanzadə ABŞ-ın vitse-prezidenti J.D.Vensin dondurulmuş İran aktivlərinin sərbəst buraxılması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib. O, “Pul İran xalqının rifahı üçün Amerika soya paxlası, ABŞ qarğıdalısı və buğdasının alınmasına sərf olunacaq” deyib.

“Nə anlaşma memorandumunda, nə də heç bir razılaşmada İranın ABŞ məhsullarını almaq öhdəliyi yoxdur. ABŞ vitse-prezidenti və ya başqa birisi daxili istehlakla bağlı məsələ qaldıra bilər, amma vacib olan hansı anlaşma memorandumunun imzalanmasıdır”, – deyə Qurbanzadə qeyd edib və əlavə edib ki, hansı məhsulların və hansı ölkələrdən alınması ilə bağlı qərar yalnız İran tərəfindən veriləcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!