Əsas məzmuna keç

QUSARIN İCRA BAŞÇILIĞINI BU GÜNDƏN O İCRA EDƏCƏK

Bu gün Qusarın yeni icra başçısı kollektivə təqdim olunub.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Polad oğlu Məmmədxanov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Sahir Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…