Əsas məzmuna keç

Rafinya Braziliya millisində zədələnib.

İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya Braziliya millisinin heyətində zədələnib.

Tezadlar.az xəbər verir ki, 29 yaşlı hücumçu Avstraliyaya qarşı keçirdikləri yoldaşlıq oyununda sıradan çıxıb.

O, bud nahiyəsində narahatlıq hiss edib və fasilədə Endriklə əvəzlənib.

Xatırladaq ki, Rafinya cari mövsüm Kataloniya təmsilçisi və yığmada meydana çıxdığı 10 oyunda 15 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…