Əsas məzmuna keç

Rafinya Messinin rekordunu geridə qoydu

media barca ex x

“Barselona”nın braziliyalı vingeri Rafinya mövsümün ilk yeddi oyununda vurduğu qolların sayına görə Lionel Messinin rekordunu geridə qoyub.

Tezadlar.az xəbər verir ki, Rafinya “Barselona”nın İspaniya çempionatında “Rasinq”i 7:2 hesabı ilə məğlub etdiyi oyunda het-trikə imza atıb və mövsümün ilk yeddi matçında vurduğu qolların sayını 11-ə çatdırıb.

Bununla da braziliyalı futbolçu Messinin 2012/13 mövsümündə ilk yeddi oyunda vurduğu 10 qol göstəricisini geridə qoyub.

29 yaşlı Rafinya 2022-ci ildən “Barselona”nın formasını geyinir. O, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu və Superkubokun qalibi olub, bir dəfə isə ölkə kubokunu qazanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…