Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ramalın bəstələri başqadır. Hələ oxumağı… Ramal oxuyandan sonra mən ifa etmək istəmirəm. Ramal olan məclisdə çalışıram tez oxuyum, bitirim. Çünki ondan sonra oxumaq istəmirəm”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Qonaqcanlı” proqramında deyib. Müğənni verilişdə qonaq olan Ramal İsrafilovdan danışaraq, onun ünvanına təriflər yağdırıb.
R.İsrafilov isə proqramda yeni konsertə hazırlaşdığını açıqlayıb. Müğənni bildirib ki, konsertin hazırlıq işlərinə artıq başlanılıb. Sənətçinin sözlərinə görə, solo konsertinin 2027-ci ildə keçirilməsi planlaşdırılır.