23 Fevral 2026 / 10:09

Ramazan ayının 5-ci gününün duasını, imsak, iftar və namaz vaxtlarını bilirdinizmi?

Bu gün Ramazan təqviminə əsasən, fevralın 23-də imsak vaxtı saat 06:14-də, iftar vaxtı isə 19:04-dədir.

Fevralın 23-nə olan namaz vaxtları:

● Sübh azanı 06:24; ● Zöhr azanı 13:14;

● Məğrib azanı 19:04.

Ramazanın beşinci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Bismillahir-Rahmanir-Rahim. Allahumməc-əlni fihi minəl-mustəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin”. Tərcüməsi: “İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi! Amin!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!