Əsas məzmuna keç

Razılığa gəlinməsə, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa edəcək

ABŞ- İran danışıqları yenidən sual altına düşüb. Belə ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, tərəflər razılığa gələ bilməsələr, Vaşinqton İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır. Tezadlar.az xatırladır ki, Tramp “Fox News” telekanalına müsahibəsində belə deyib. Sitat: “Düşünürəm ki, ya əla razılaşma əldə edəcəyik, ya da bu hərbi yolu bitirəcəyik. Düşünürəm, yavaş-yavaş, amma şübhəsiz ki, lazım olanı əldə edirik. Əgər əldə etməsək, buna başqa cür son qoyacağıq”. Tramp Tehranla razılaşma əldə etməyə üstünlük verdiyini də bildirib.

İran Prezidenti də son çıxışlarında sazişin bağlanması üçün bütün mümkün şəttlərə razı olduqlarını bildirib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…