Əsas məzmuna keç

ƏRDOĞAN DA AZƏRBAYCAN- ERMƏNİSTAN DANIŞIQLARINDAN XOŞ XƏBƏR GÖZLƏYİR

Azərbaycan və Ermənistanın sülh prosesi çərçivəsində göstərdiyi səmimi səyləri yaxından izləyirik, ən qısa zamanda xoş xəbər almağa ümid edirik.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Sitat: “Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Arzumuz odur ki, prosesə mane olmağa çalışanlara fürsət verilməmiş xoş xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…